
AZAL Rusiyadan Azərbaycana biletlərin qiymətlərini AÇIQLADI
Rusiyadan Azərbaycana reyslərə tələbat artıb.
AZAL-dan Busaat.az-a verilən xəbərə görə, tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri – ekonom sinif – 409 avro; – biznes sinif – 769 avro; “VIP Club” tarifi – 869 avro təşkil edib.
⠀
AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.























