AZAL: “Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini noyabrın 30-dək cəriməsiz qaytara bilər”

image-azalbackend

İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.

Bu barədə Busaat.az-a AZAL-a istinadən xəbər verir.

Bildirilib ki, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün “involuntary” və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.

“Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə “Azərbaycan Hava Yolları”nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin “[email protected]” çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur”, – məlumatda qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki