Azərbaycan ədəbiyyatında saxtalaşdırılmış erməni tarixini ifşa edən kitab yayınlandı – FOTO

image-3ede9ce5-038e-48e6-a33c-f4105487708bbackend

Tarix hər nə qədər dünyanın keçmişinə səyahət etməyimiz üçün fürsət  versə də, bəzən saxtalaşdırılmış “tarixi həqiqətlərlə” qarşılaşırıq və bu da dünyanın keçmişinə obyektiv baxışımızın formalaşmasını əngəlləyir.

Dünyanın bir çox xalqları və tarixçiləri öz milli kimliklərini daha qədim və daha böyük göstərmək üçün müəyyən tarixi saxtakarlıqlara yol veriblər. Bu kimi millətlərin başında ermənilər gəlir desək yanılmarıq.

Hər zaman öz tarixlərini “ilahiləşdirən” ermənilər az qala Adamin də erməni olduğu iddiasını irəli sürəcəklər.

Çoxlu sayda saxta həqiqətlərlə dünya elminə zərər verən ermənilərin yalanları müxtəlif mənbələrdə ifşa olunmuşdur. Məsələn:

Hay tarixinin atası adlandırılan Movses Xorenatsi adlı və eramızın 5-ci əsrində yaşamış tarixçi var. O, hər zaman tarixi həqiqətlərdən uzaqlaşmaqla, bəzən faktları saxtalaşdırmaq, bəzən isə, özündən tarix uydurmaqla Ermənistan tarixini zənginləşdirməyə çalışıb. Bu kimi saxtakarlıqlar əleyhinə elə rus və erməni tarixçiləri də öz mövqelərini ortaya qoyublar. Qafqaz tarixini araşdıran rus tarixçi Aleksandr Anninski Xorenatsinin erməni tarixi haqqında yazdıqlarının inandırıcı olmadığını deyib və əlavə edib ki, Xorenatsinin sitat gətirdiyi mənbələr avropalı ermənişünaslar tərəfindən etibarlı mənbə kimi qəbul edilməyib. Erməni tarixçi Arakel Babaxanyan da Xorenatsini inkar edir. O, Xorenatsinin 59 erməni hökmdarından bəhs etdiyini, ancaq olardan 32-sinin nə vaxt hökmranlıq etdiyini göstərə bilmədiyini qeyd edib.

Professor Ekrem Memiş bildirir: “Erməni adına ilk dəfə e.ə. 6-cı əsrdə fars kralı Darius-un yazılarında rast gəlinir. Maraqlı məqam odur ki, ermənilər heç vaxt özlərini erməni adlandırmayıb, əksinə, özlərini “hayx” adlandırıblar. Erməni adı Fars padşahı tərəfindən bölgənin coğrafi adına aid edilib… Ermənilər özlərindən əvvəl bu torpaqlarda yaşamış urartuları (e.ə. IX-VI əsrlər) öz əcdadları kimi göstərməyə və bununla da bölgənin əsl sahibi olduqlarını sübut etməyə çalışırlar. Lakin aparılan filoloji tədqiqatlar ermənilərin istifadə etdikləri dilin Hind-Avropa mənşəli olduğunu aydın və birmənalı olaraq ortaya qoyub. Urartuların dili, e.ə. 3-cü minillikdə Şərqi Anadolunun demək olar ki, hamısında və Cənub-Şərqi Anadolunun bir hissəsində yaşamış Prototürk olduğu iddia edilən Huri tayfasının dili ilə bağlıdır”.

Erməni tarixçilərinin bir çoxu ermənilərin Turan xalqı olduğuna da qeyd edir. Bu fikri dəstəkləyən erməni tarixçi və jurnalist D.Dabağyan qeyd edir: “Kimmerlərlə qohumluq əlaqəsi olan friqiyalıların ermənilərlə də qohum olması, eyni zamanda kimmerlərlə eyni soydan olan bolqarların da türklərlə eyni soydan olması ermənilərin də türklərlə eyni soydan gəldiyinə işarə etmirmi? sualını verməklə ermənilərin də Turan irqi olduğunu deyə bilərik”.

Erməni yalanlarını və saxtakarlıqlarını, elə onların öz tarixçilərinin və digər tarixçilərin dili ilə ifşa etmək istəsək, mövzunu bitirmək olmaz. Çünki ermənilər tarixi o qədər saxtalaşdırıb ki, siyahı uzandıqca uzanacaq…

Bu yaxınlarda Azərbaycan ədəbiyyatında erməni yalanlarının ifşasına işıq tutan akademik kitab çap olunub. Müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Nəhməd oğlu Sadıxov (Rasim Sadiq) olan “HAY SOYU ƏRMƏN CİLDİNDƏ: yalanlar tarixinin gerçək üzü” adlı kitab məhz Ermənistan və erməni tarixinin doğru öyrənilməsi üçün əlverişli məlumat bazası formalaşdırır. Tarixi faktlar və akademik araşdırmalar nəticəsində hazırlanan kitab tarixi reallıqları və real tarixi ortaya qoymaqla həm bədnam qonşularımızın tarixi haqqında doğru və dolğun məlumatlar verir, həm də bu istiqamətdə qaynaq formalaşdırır.

Kitab mifik erməni kimliyi, erməni-hay tarixi haqqında irəli sürülən iddiaların doğru və yanlış tərəfləri, Hayastanın Ermənistana çevrilməsi prosesi ilə bağlı dünya tarixçiliyində irəli sürülən fərziyələrin təkzibindən bəhs edir və ermənilərin tarixi saxtalaşdırması faktlarla sübut edilib, cəmiyyətə yalanlarla təqdim edilən erməni yalanları ifşa edilib.

image-320627350_479542397622958_4852283161232683221_n

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki