Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 745 $▲0.99%
  • Ethereum1 817 $▲2.74%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Azərbaycan etibarlı tərəfdaş, dostluq əlaqələrinə həmişə sadiqdir

image-merasim
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərindəndə təşkil olunmuş təntənəli açılış mərasimində ölkə rəhbərimiz İlham Əliyev geniş və əhatəli çıcış etdi. O öz çıxışında qeyd etdi ki, Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji strateji tərəfdaşlıq üzrə anlaşma imzalanmışdır.Bu anlaşmaya görə Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcminin iki dəfə artırmalıdır. Hal -hazırda Serbiya və Bolqarıstan əlaqələri sürətlə və dinamik şəkildə inkşaf edir.Dövlət başçılarının qarşılıqlı mərasimləri onu göstərir ki belə əməkdaşlıq davamlı olaraq inkşaf edir.Bizim dostluğumuz böyük dərəcədə Bolqarıstan, Serbiya Azərbaycan əlaqələrinin inkşafına xidmət edir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın, Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə Avropa məkanına qaz ixracatımız 8milyard kubmetrdən bir qədər çox olmuşdusa ,bu il təxminən 12 milyar kubmetrə çatacaq.Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.Onu da qeyd etmək yerinə düşərdi ki,bizim ölkədən keçən strateji əhəmiyyətə malik olan neft kəmərləri vasitəsilə həyata keçirilir. Bakı-Tiblisi-Ceyhan ,Bakı -Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazalarına çatdırır. Bununla bağlı cənub Qaz Dəhlizi əhəmiyyətini qeyd etmək yerinə düşərdi. Cənub Qaz Dəhlizi uzunluğu 35000 km olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhvə verir.Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır.2021-ci ildə 270milyon kubmetr qaz təchiz edilmişdir. Xəzər dənizi ,Qara dəniz ,Aralıq dənizi,Avropa məkanı və Azərbaycan ,Avropa İttifaqı əlaqələri bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.Həm Serbiya həm Bolqarıstanın Azərbaycanı hər bir məsələdə dəstəkləməsi səmimi dostluğumuzun təzahürüdür.S onra Bolqarıstan Prezidenti də öz növbəsində bu mühüm tədbirdə çıxış etdi. O bildirdi ki “Biz bu gün yalnız qaz şəbəkələrini birləşdirmişik. Mən prezident İ.Əliyevə təşəkkürümü bildirmək istəyirəm . O sübut etdi Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq.”

Hacıyeva Gülnarə Həsənqulu qızı
Nəsimi rayon İctimai Şuranın üzvü

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130477