Azərbaycan idmançısı beynəlxalq turnirdə qızıl medal qazandı

image-33b96363-daf0-31a9-8bc6-97967901bd42_850backend

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

Federasiyadan Busaat.az-a verilən məlumata görə, 14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.

O, ən güclü 4-lüyə yüksəlmək üçün yunanıstanlı Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançı yarımfinalda bolqar Nikola Meitsovdan (15:14) güclü olub.

Qılıncoynadan həlledici qarşılaşmada Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90