Azərbaycan-KARİKOM əlaqələrinin inkişafı Kubada müzakirə olunub

image-3c41886a-31ec-3bf4-9653-215fbd8868f5_850backend

Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kubada səfərdə olub.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində Kuba xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini Anayansi Rodriqez Kamexo, eləcə də Karib Hövzəsi Birliyinə (KARİKOM) üzv dövlətlərin Kubada akkreditə olunmuş səfirləri ilə işçi görüşlər keçirilib.

Kuba XİN başçısının müavini ilə görüşdə Azərbaycan və Kuba arasında xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə və bu kontekstdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.

KARİKOM-a üzv dövlətlərin Kubadakı səfirləri ilə keçirilmiş görüş zamanı Azərbaycanın KARİKOM təşkilatı və ona üzv ölkələrlə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanla sözügedən qurum arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin təşviqinə və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.

image-d0f3cead-f62c-30be-8ded-5863a7a21cdd_300 image-202b3bb7-f334-3e72-b812-cd344dc78b9b_300 image-ce42e919-aa8c-3aca-9514-bb938b912964_300


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki