Azərbaycan millisi İsveçə qarşı

image-76backend

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.

Busaat.az xəbər verir ki, rəqib İsveç yığması olacaq. Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

16 noyabr

21:00 Azərbaycan – İsveç

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Tofiq Bəhramov adına Respublika stadionu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki