Azərbaycan millisinin sabiq baş məşqçisi Livan yığmasını çalışdıracaq

image-nikola-yurcevicbackend

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasını çalışdıracaq.

Busaat.az-ın yerli mətbuata istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis Livan Futbol Assosiasiyası ilə münasibətləri rəsmiləşdirib.

57 yaşlı məşqçi bu postda serbiyalı Aleksandr İliçi əvəz edib. Onun millidə debütü oktyabrın 12-də Podqoritsada Monteneqro ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.

Qeyd edək ki, Nikola Yurçeviç son dəfə 2019-cu ildə Azərbaycan yığmasını çalışdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki