Azərbaycan millisinin sabiq futbolçusu 34 yaşında vəfat edib

image-sehriyar-rehimovbackend

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib.

Busaat.az-ın məlumatına görə, keçmiş müdafiəçi 34 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Ş.Rəhimov müalicə aldığı Türkiyədə vəfat edib.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki