Azərbaycan Ordusundan UNİKAL ƏMƏLİYYAT – Ermənilər ŞOKDA

image-631fad4e8f94e202209220606backend

Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşmalarda çoxlu sayda strateji əhəmiyyətli yüksəkliklər və strateji marşrutlar (vizual və atəş) Azərbaycan ordusunun nəzarətinə keçib. 

Gecə şəraitində 3000 metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi imkanlar demək olar ki, əksər NATO ölkələrində yoxdur.

Busaat.az xəbər verir ki, erməni hərbi ekspert Van Hambarsumyan etiraf edir ki, Azərbaycan Silahlı Qüvvələrinin nə qədər böyük ərazini nəzarət altına aldığını biləndə şoka düşüb.

“Bu, çox böyük rəqəmlərdir. Bu rəqəmləri açıqlamağı Ermənistan hərbi rəhbərliyinin vicdanına buraxıram. Qoy hərbi əsirlərin, ölənlərin və yaralananların sayını onlar özləri açıqlasınlar”, – deyə Hambarsumyan bildirib.

Tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu Musavat.com-a deyib ki, sentyabrın 12-də gecə saatlarında başlayan təxribatların qarşısı uğurla alındı:

b7f96ef10d5cf963030c9c55bcc4b2e2.jpg (82 KB)

“Bu təxribatlar tamamilə terror aktı idi. Təbii ki, ordumuzun lokal şəraitdə bu əməliyyatları icra etməsinə baxmayaraq, çox çətin əməliyyatlar idi. Həm yüksək relyefli ərazilər, xüsusən də bir çox yerlərdə 1500-3000 metr dağlıq ərazi, bunun gecə şəraitində icra edilməsi, eyni zamanda sivil əhaliyə ziyan vermədən, atəş və aviasiya dəstəyi olmadan bu əməliyyatları icra etmək növbəti unikal bir əməliyyat sayılır. Bu əməliyyatlarda daha çox xüsusi təyinatlı və komando birliklərinin tətbiq olunması o ərazilərdə Azərbaycanın tamamilə təhlükəsizlik adına söz sahibi olduğunu bir daha sübuta yetirib. Qısa müddət ərzində ciddi sayıla biləcək dərinlikdə bir çox ərazilər nəzarətə götürülüb. Sərhədlərimiz delimitasiya olunmasa da, bu ərazilərin gələcək proseslərə ciddi töhfəsi olacaq. Azərbaycan öz haqq işində daim haqlıdır. Bu yolda canından keçən şəhidlərimizi daim hörmətlə anırıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90