Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazandı

image-qarabag
Qarabağ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

Busaat.az-ın məlumatına görə, günün yeganə matçı “Azersun Arena”da keçirilib.

Son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib. Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi.

Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb. 66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb.

Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”ni (2:0), “Zirə” “Kəpəz”i (1:0) məğlub edib. Avqustun 14-də “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” – “Sabah” qarşılaşması isə təxirə salınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117815