Azərbaycan Premyer Liqasında 10 komanda oynayacaq – Yenilənib

image-premyer-1backend

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq.

Busaat.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlamasında deyib.

O bildirib ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

***

AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Qafqazinfo”ya bildirib ki, Premyer Liqada 10 komanda olacaq: “12 komanda İkinci Divizionda mübarizə aparacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki