Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir

image-76bce1b6-e5c1-37cb-a560-8e2787d6f192_850backend

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

Busaat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.

İkinci matçda “Sumqayıt” “Turan Tovuz”un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
“Dalğa Arena”

18:30 “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki