Azərbaycan Premyer Liqasının reytinqi açıqlandı

Azərbaycan Premyer Liqasının reytinqi açıqlandıbackend

Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb.

Busaat.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası reytinq cədvəlində 174 xalla 74-cü sırada qərarlaşıb.

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A seriyası qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90