Azərbaycan regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir

image-hbackend

Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur. Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar.

Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olunub: 1923-cü ildə “ZAKAVİA” Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Onun təsisçiləri “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft” olub. “ZAKAVİA”-nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə edilib. 1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava stansiyası” yaradılıb. 1926-cı ildə Mineralnıye -Vodı – Qroznı – Mahaçqala – Bakı – Yevlax -Tiflis marşrutları üzrə müntəzəm uçuşların həyata keçirilməsinə başlanılıb. Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr 70-80-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları   təchiz olunub, hava limanları tikilib. Onlar “Yak-40” reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın 1 rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilib.

 Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında bildirmişdir.

“Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”.

 

Qarayev Qulam-Nəsimi rayon sakini, Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90