Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▼4.46%
  • Ethereum1 818 $▼5.68%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar+Yenilənib

image-c719e039fc2e61b923644d7cc21d38a1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Kayseri şəhərində müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında görüş keçirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, görüş Kayseridə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

***

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyədə rəsmi səfərdə olan general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Müdafiə Nazirliyindən bildirilib ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.



Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94839