Azərbaycanın güləş yığmaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.
Busaat.az xəbər verir ki, sərbəst güləş üzrə milli baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda toplanışa başlayıb.
Yanvarın 4-dən etibarən komanda gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.
Digər millilər isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət yığmanın baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək.
Yunan-Roma güləşi üzrə millisi də Türkiyə yığmasıyla birgə toplanışda iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start göt