Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.25 $▼1.95%
  • WTI neft95.55 $▼1.58%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 958 $▲0.64%
  • Gümüş49.76 $▲0.32%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.75 ¢▼1.73%
  • Bitcoin76 863 $▼0.61%
  • Ethereum2 260 $▼0.50%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib - YENİLƏNİB

image-6642575c8418e6642575c8418f17156237726642575c8418c6642575c8418d
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

13 may 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı aparılıb.

Busaat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub.

Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Saat 22:06

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Busaat.az xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri “X” hesabında məlumat verib.

“Mən və azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığımda Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Humanitar yardım üçün Azərbaycana təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də məlumatlandırdım. Biz gələcək ikitərəfli əlaqələri koordinasiya etdik” , – deyə ukraynalı nazir qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=138912