Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.70 $▲1.12%
  • WTI neft89.32 $▲1.21%
  • Avropa qazı (TTF)90.70 €▼3.20%
  • Təbii qaz (ABŞ)3.234 $▼2.94%
  • Qızıl3 886 $▼0.80%
  • Gümüş49.18 $▼2.12%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda598.75 ¢▲1.27%
  • Bitcoin68 592 $▼3.90%
  • Ethereum1 928 $▼4.41%
  • S&P 5007 521▼0.93%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı

image-1637071177_xinn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”.

Bu barədə Busaat.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

“Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.

Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlikdən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=63370