
Azərbaycan XİN Gəncə terroru ilə bağlı çağırış edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gəncə terrorunun ildönümündə çağırış edib.
Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi twitter səhifəsində paylaşım edib.
“Erməni silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalisinə iyrənc hücumundan 2 il ötür. Bu şiddətli hücumda uşaqlar da daxil olmaqla 15 mülki şəxs həyatını itirib. Raket hücumunun günahsız qurbanlarına yas tutur və dünyanı Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq” –deyə, paylaşımda qeyd olunub.
Busaat.az























