Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.17 $▼5.26%
  • WTI neft86.58 $▼5.18%
  • Avropa qazı (TTF)82.84 €▼3.21%
  • Təbii qaz (ABŞ)3.159 $▲4.50%
  • Qızıl4 137 $▲0.08%
  • Gümüş52.74 $▼0.71%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 377 $▼0.47%
  • Ethereum2 114 $▼0.50%
  • S&P 5007 442▲0.91%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Azərbaycanda “23 aprel” coşğusu – VİDEO

image-yenigundem_fb3448d406f9c7660d5e12682167d122_qgf58uxl364n9pa0khr2-620x460
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təşkil edilən proqramda Azərbaycan təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirlik əməkdaşları, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri və çox sayda qonaqlar iştirak ediblər.

Busaat.az  xəbər verir ki, bir dəqiqəlik sükutdan və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra tədbirdə çıxış edən səfir Cahit Bağcı Türkiyə Böyük Millət Məclisinin açılışına və Türkiyənin müstəqillik mübarizəsinə toxunaraq şəhidlərin xatirəsini rəhmətlə yad edib. Dövlət bayrağına, dövlətinə sadiq, onun tarixini, mədəniyyətini, dəyərlərini tanıyan və mənimsəyən nəsillər yetişdirməyin birinci vəzifə olduğunu vurğulayıb. 23 aprelin həm də Atatürkün uşaqlara bəxş etdiyi bir gün olduğunu qeyd edən Bağcı “Milli suverenliyin qədrini ən çox bilən ölkələrdən biri də qardaş Azərbaycandır. 30 il işğal altında olan torpaqlar 44 gündə azad edildi və Azərbaycan bayrağı asıldı”,  -deyib.

Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan Bağcı uşaqlara “Bir millət, iki dövlət anlayışımızı qoruyub yaşadacaq, iki dövlət arasında yeni əlaqələr yaradacağıq. Türkiyə və Azərbaycan. Möhkəm körpüləri siz quracaqsınız”,- bildirib.

Proqram Milli Təhsil Nazirliyinə tabe olan Bakı Türk Məktəbləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi şagirdlərinin musiqi, rəqs və səhnəcikləri ilə davam edib. İbtidai sinif şagirdlərinin ifasında xalq oyunları nümayiş etdirilib. Əllərində Türkiyə və Azərbaycan bayraqları olan tələbələrin ifa etdikləri mahnı və balladaları qonaqlar da müşayiət edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75834