Balakən sakininin qulağı kəsilib.
Busaat.az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı şəhər sakini Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub. Onun kim tərəfindən və nəyə görə bıçaqlandığı hələlik məlum deyil.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Quliyevə xəsarət yetirən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılmaları istiqamətində polis əməkdaşları axtarış tədbirləri keçirirlər.