Azərbaycanda 3 universitet akkreditasiyadan keçə bilmədi

image-talababackend

Bu il 13 universitetdə – AzTU, BDU, ADPU, AzMİU, ATU, BMU, ADA, LDU, SDU, Xəzər Universiteti, BDU-nun Qazax filialı, UNEC-in Zaqatala filialında akkreditasiya olub.

Busaat.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu günə kimi 7 universitet – AzTU, BDU, UNEC, ADPU, AzMİU, Xəzər Universiteti və LDU akkreditasiyadan keçib:

“Digər 3 universitet – SDU, UNEC-in Zaqatala filialı və BDU-nun Qazax filialı akkreditasiyadan keçə bilməyib. Bu univerisitetlər 2024-cü ildə təkrar yoxlanılacaq. Siyahıda olan ADA, ATU və BMU-da isə akkreditasiya prosesi davam edir və gələn həftə yekunlaşacaq” (axar.az).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki