Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir. Bakupost.az -a daxil olan məlumata görə, ölkədə 17 nazirlik (Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi) 11 nazirlikdə birləşdiriləcək. Hazırda Nazirlər Kabinetinin tərkibində olan 7 komitədən (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) isə 3 komitə saxlanılacaq, digər komitələr də nazirliklərə birləşdiriləcək. Artıq bununla bağlı nazirliklərə təlimatlar da verilib və birləşdirilmə prosesinə hazırlıq gedir. İddiaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi ilk birləşdirilən nazirliklərdən olacaq. Birləşdirilmiş nazirlik Əmək və Səhiyyə Nazirliyi adlanacaq. Bu nazirliyə isə hazırkı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik edəcək. Digər təfərrüat barədə məlumat verəcəyik…
Azərbaycanda 6 nazirlik, 4 komitə ləğv edilir – TƏCİLİ XƏBƏR

Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək…
Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmon ilə Bişkekdə danışıqlar aparır. Daha sonra MDB Dövlət Başçıları Şurasının iclasının…
Azərbaycan Respublikası 1992-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. İqtisadi Əməkdaşlıq Təşkilatının daxilində Azərbaycan respublikası…
Cari ilin 10 oktyabr tarixində Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlandı.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi…
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi…