Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 776 $▼2.12%
  • Ethereum1 892 $▼1.85%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Azərbaycanda bank dəfn pulunu kredit borcuna tutub - Video

image-999
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölmüş adama görə ödənilən dəfn pulu kredit borcuna yönləndirilib.

Busaat.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu iddia ilə Biləsuvar rayon sakini Faiq Əsgərov çıxış edib.

Onun sözlərinə görə, anası Elmira Abbasova oktyabr ayının 24-də vəfat edib. Faiq Əsgərov noyabr ayında anasının ölümü haqqında şahadətnaməni aidiyyəti quruma təqdim edib. Ona bildirilib ki, 720 manat məbləğində olan vəsait poçt vasitəsi ilə ödəniləcək.

Lakin bir müddət sonra bu ödənişin yubanması ilə əlaqədar Faiq Əsgərov “142 çağrı mərkəzi”nə zəng edib. Ona bildirilib ki, adına cəmi 166 manat pul ayrılıb. Faiq iddia edir ki, vəfat etmiş anasının pensiya kartına köçürülən pulunun 554 manatı kredit borcuna görə tutulub.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır. Mərhum Elmira Abbasovanın 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb. Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaşın müvafiq banka müraciət etməsi tövsiyə olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92735