
"Azərbaycanda biolaboratoriyalarla bağlı Rusiyanın bəyanatları yalandır" - ABŞ Dövlət Departamenti
Bazar ertəsi Vaşinqton Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib.
“Biz bilirik ki, bu, yalandır”,- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə Turan-ın sualının cavabında deyib.
“Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz”, – Prays deyib.
Xatırladaq ki, şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın iddialarını təkzib edib.























