Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 246 $▼5.83%
  • Ethereum1 764 $▼8.51%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Azərbaycanda DƏHŞƏT: Bir ailənin 4 üzvünü güllələyən oğlanın atası intihar etdi - FOTO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən ay Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək elə həmin hadisədən bir neçə gün sonra özünü asıb. O, oğlunun cinayətinə görə, məktub yazaraq özünü həyətdəki tövlədə asıb.

Məsələ ilə bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.

Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.

Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Xəbəri ilk olaraq APA yayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97225