Azərbaycanda əmtəə təyinatlı yüklərin daşınmasına nəzarət gücləndirilir

image-aynabackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əmtəə təyinatlı yüklərin daşınmasına nəzarəti gücləndirir.

Bu barədə Busaat.az-a AYNA-dan bildirilib.

Məlumata görə, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınmasında yükdaşıma müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bu sənədlə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Bununla əlaqədar elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar müəyyən edilib.

“AYNA” informasiya sistemi çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan elektron əmtəə nəqliyyat qaiməsi yükdaşımalarda tərtib edilən sənədlərin elektronlaşmasını nəzərdə tutur. Bu sənədin elektronlaşması yükgöndərən, daşıyıcı və yükalanı vahid elektron məkanda əlaqələndirməklə onların resurslarına qənaət etmək imkanı verəcək. Əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtibi, həmçinin yük daşımalarında şəffaflığın artırılması üçün də geniş imkanlar yaradacaq.

Hazırda elektron əmtəə-nəqliyyat qaiməsi sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaqdadır. Hazırlanan sistemin İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq sistemləri ilə inteqrasiyası təmin edilib.

Sistem çərçivəsində daşıma haqqının elektron qaydada ödənilməsi imkanları da yaradılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90