
Azərbaycanda gələn il də minimum əməkhaqqı 345 manat olacaq
Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur.
Busaat.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Xatırladaq ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.























