Məzmuna keç
  • Brent neft89.23 $▼0.91%
  • WTI neft82.35 $▼0.77%
  • Avropa qazı (TTF)86.75 €▲2.72%
  • Təbii qaz (ABŞ)3.605 $▲11.58%
  • Qızıl3 569 $▲1.01%
  • Gümüş41.82 $▲1.11%
  • Pambıq79.55 ¢▼0.55%
  • Buğda595.50 ¢▲0.55%
  • Bitcoin61 443 $▼0.76%
  • Ethereum1 732 $▼1.36%
  • S&P 5007 176▼2.00%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
İnfrastruktur

Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb

image-7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib.

busaat.az bu barədə quruma istinadən xəbər verir. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.

İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək Komissiyanın əsas vəzifələrindəndir.

Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157368