Azərbaycanda işsizlərin NƏZƏRİNƏ: 404 manat oldu…

image-atm_5-10-jpg-1726468441backend

Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub.

Hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.

Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 294,9 min nəfər olub, onlardan 5 milyon 11,4 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Onu da bildirək ki, məşğul əhalinin 1 milyon 759 min nəfərini əmək müqaviləsiylə işləyən şəxslər təşkil edib. Onların 881,7 min nəfəri dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınab işsiz şəxslərin sayı isə 222,8 min nəfər olub, onların 46%-ini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 404 manat olub./Yeniavaz.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki