Azərbaycanda maaş sistemi dəyişir: Əvvəlcə aylıq, sonra həftəlik və günlük

image-maasbackend

Bu gün dünya ölkələrində saatlıq minimum əməkhaqqı məbləğinin hansı səviyyədə müəyyənləşməsi kimi amillər mövcuddur.

Orta hesabla Azərbaycanda bir işçi üçün 150 saatlıq fəaliyyət dövrü müəyyənləşir. Bu isə bir saat üçün 2 manat 20 qəpik ekvivalentinə uyğun gəlir. Əslində isə ölkədə olan mövcud qiymətlər və sosial faktorlar nəzərə alınsa, təxminən 4 manat 50 qəpik və yaxud 5 manat ətrafında bir saat üçün minimum əməkhaqqı tətbiq edilməlidir. Belə fikirlər səslənir ki, qarşıdakı dövrdə Azərbaycan minimum əməkhaqqından imtina edib saat hesabına keçəcək.

Bu, nə dərəcədə realdır və yaxud ikisi paralel aparılacaq?

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, aylıq minimum, həftəlik, günlük, hətta saatlıq minimum əməkhaqqı tətbiq edən ölkələr var:

“Ancaq bununla yanaşı, ölkələrin böyük əksəriyyəti minimum əməkhaqqı sistemindən istifadə edir. Təxminən 27 Avropa ölkəsindən 22-si minimum əməkhaqqı sistemi ilə yanaşı, digər komponentləri də həyata keçirir.

Ümumiyyətlə, bu alətlərin hamısı dövləti, hökuməti əməkçi vətəndaşın maddi maraqlarını qorumaq üçündür. Yəni şirkətə qanun vasitəsilə diqtə edir ki, mənim vətəndaşıma aylıq, həftəlik, günlük, saatlıq bu qədərdən az əməkhaqqı verə bilməzsən. Ancaq məsələ ondadır ki. Azərbaycanda hökumətin əlində yalnız bir alət var, o da qeyri-səmərəli işləyir.

Məsələn, bir ailədə bir nəfər ailə başçısı işləyir və ailə 4 nəfərdən ibarətdir. Ailədə iki nəfərin minimum istehlak səbəti 287, uşaqların hərəsi üçün də bu məbləğ 235 manatdır. Bunların yaşaması üçün 1000 manatdan çox əməkhaqqı lazımdır. Ancaq biz şirkətlərə deyirik ki, siz mənim vətəndaşıma 345 manatdan əskik əməkhaqqı verə bilməzsiniz. Onsuz da 345 manat onun minimum ehtiyaclarını ödəyə bilmir.

Avropanın bir ölkəsində məsələn, bir nəfərin 600 avro istehlak səbətidirsə, həmin işçi minimum əməkhaqqı kimi 3000 avro vəsait alır. Bu rəqəm də bir nəfərin minimum istehlak səbətinin dəyərini 5 dəfə üstələyir. Yəni minimum əməkhaqqı minimum istehlak səbətindən 5 dəfə çoxdur. Bizdə isə minimum əməkhaqqı ailənin minimum istehlak səbətini ödəmir. Ona görə də hesab edirəm ki, Azərbaycandakı minimum əməkhaqqı metodologiyası səmərəsizdir”.

Ekspert deyir ki, ölkədə həftəlik, günlük, saatlıq minimum əməkhaqqına keçməzdən əvvəl indi tətbiq edilən primitiv aylıq minimum əməkhaqqı göstəricisini səmərəli şəkildə artırmaq lazımdır:

“Ondan sonra biz digər vətəndaşlarımızın maddi maraqlarını daha optimal qorumaq üçün digər orta aylıq əməkhaqqı alətlərindən istfadə edə bilərik. Hazırda Azərbaycanın belə bir minimum əməkhaqqı alətinə keçməsinə ehtiyac görmürəm. Bu, əslində pillə ilə olmalıdır. Əgər aylıq minimum əməlkhaqqı varsa, həftəlik minimum əməkhaqqına keçid olmaldıır, ondan sonra günlük minimum əməkhaqqı tətbiq olunmalıdır. Ondan sonra saatlıq minimum əməkhaqqı tətbiq oluna bilər. Məsələn, Avropada saatlıq minimum əməkhaqqı yoxdur. Amerikada isə tətbiq olunur.

O, həm də işçinin maddi maraqlarının qorunma səviyyəsini müəyyən edən metodologiyalardır. Ona görə də Azərbaycanın birdən-birə saatlıq minimum əməkhaqqına keçməsi heç bir səmərə verməyəcək. Birincisi, biz minimum əməkhaqqını səmərəli səviyyəyə qaldırmalıyıq. Yeri gəlmişkən, 2001-ci ildə Avropa Sosial Xartiyasına üzv olanda öhdəlik götürmüşük ki, 5 il ərzində minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdıracağıq. İndi bizim orta aylıq əməkhaqqı 1000 manat civarındadır.

Minimum əməkhaqqı isə 245 manat təşkil edir. Təxminən minimum əməkhaqqı orta aylıq əməkhaqqının 45 faizi qədərdir. Deməli, 2001-ci ildə götürdüyümüz öhdəliyi 23 ildir ki, ödəyə bilmirik”./ “Cebheinfo.az”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki