Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.96 $▲1.33%
  • WTI neft85.67 $▲0.78%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.194 $▲3.47%
  • Qızıl3 852 $▼0.64%
  • Gümüş47.20 $▼0.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 332 $▼0.75%
  • Ethereum1 805 $▼0.78%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ

image-1469384
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) sədrinin müavini Fuad Nurullayev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 19-na təsadüf edəcək: “Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlar İdarəsi olaraq Şamaxı Rəsədxanasına sorğu göndərmişik. Bizə təqdim olunan cədvələ əsasən, bu il Məhərrəmlik ayının ilk günü iyulun 19-a, Aşura günü isə iyulun 28-nə təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq”.

azertag.az/files/2023/1/1200x630/16802601942307618...

Fuad Nurullayev

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentybarın 16-da bitəcək: “Həm Məhərrəm, həm də Səfər aylarında elimizin adətinə görə, Peyğəmbər, onun ailəsinə ehtiram və hörmət olaraq, imam Hüseynin şəhadətinə dəyər verərək biz toylarımızı təxirə salırıq. Əgər Məhərrəm ayı 19 iyulda daxil olursa, Səfər ayı sentyabrın 16-da bitəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111430