Azərbaycanda narkotikdən istifadə edən idmançıların sayı açıqlandı

image-e174d72e-ece5-3a19-aeef-c200212eea0b_850backend

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Azərbaycanda narkotikdən istifadə edən idmançıların sayını açıqlayıb.

Busaat.az xəbər verir ki, o, 5 il ərzində 7 idmançının narkotikdən istifadə etdiyini bildirib:

“Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki