Azərbaycanda qız pensiya kartı üçün anasını boğdu – Gizli dəfn etmək üçün qəbiristanlığa apardı

image-qebiristanliq_018791637604224backend

Mingəçevirdə anasını boğaraq öldürməkdə təqsirləndirilən qadının meyiti qəbiristanlıqda qoyaraq dəfn etmədən geri qayıtdığı məlum olub.

Busaat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə 2020-ci il oktyabrın 9-da qeydə alınıb. Bu işlə bağlı birinci və ikinci məhkəmə instansiyasında proses artıq yekunlaşıb.
Belə ki, 1956-cı il təvəllüdlü Südabə (şərti ad) anası, 84 yaşlı Bənövşəni qətlə yetirib. İttihama görə, Südabə yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb. Oğlu Davud (şərti ad) birlikdə anasının cəsədini Göyçay rayonu Müskürlü kənd qəbiristanlığına ataraq dəfn etmədən evinə qayıdıb.

Davud məhkəmədə deyib ki, həmin gün evə qayıdarkən görüb ki, anası əlində yastıqla nənəsinin üzünü sıxıb onu boğur: “Mən tez anama yaxınlaşıb yastığı nənəmin üsündən çəkməyə çalışdım. Anam dedi ki, artıq nənəmə qulluq etməkdən bezib. Sonra yoxlayıb gördüm ki, artıq nənənim ürəyi döyünmür. Anamala aramızda mübahisə yaranmasın deyə otaqdan çıxdım.

Həmin gecə anam dedi ki, biz nənəmim 237 manat pensiyasını almaq üçün onu gizli dəfn etməliyik. Buna görə mənə tapşırdı ki, gedib Mingəçevir qəbiristanlıqlarından birində qəbir yeri tapım. Üstəlik qəbir yeri axtararkən yalandan dayımın öldüyünü deyim. Mingəçevirdə bir neçə qəbirstanlığı gəzsəm də, uyğun yer tapa bilmədim. Qəbiristanlıq müdirlərinə dayımın öldüyünü və dəfn etmək üçün yer axtardığımı deyəndə onlar ölüm kağızı tələb etdilər”.

Davud qeyd edib ki, bundan sonra nənəsini Ucar rayonunda dəfn etmək qərarına gəliblər: “Həmin vaxt hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant rejiminə əsasən Alaqapı adlanan yerdə quraşdırılmış nəzarət postunu öz şəxsiyyət vəsiqələrini təqdim edib yasımızın olduğunu bildirərək keçdik. Meyiti Ucara aparanda yolda anam fikrini dəyişdi. Dedi ki, Ucarda yox, Göyçayın Müskürlü kəndində dəfn edək. Həmi kəndin qəbiristanlığına çatanda meyiti dəfn etmək üçün bel və digər alətlər tapmadıq. Anam da dedi ki, meyiti bura qoyub gedək. Mən istəməsəm də, sonda razılaşdım və Mingəçevirə qayıtdıq”.

Məhkəmə iclasında ifadə verən Südabə Əsgərova özünü təqsirli bilməyərək anasını öldürmədiyini deyib. O bildirib ki, anası evin içində yıxılandan sonra gəzməyi çətinləşib: “Özü də astma xəstəsi idi. Mən ona qulluq edib, yaralarına dərman sürtürdüm. Xəstə yatdığı yerdə də elə astma səbəbindən boğulub. Sonra da oğlumla birlikdə anamın meyitini yuyub mələfəyə bükdük və Göyçay rayonuna aparıb qəbiristanlığa qoyub gəldik. Polis şöbəsində mənə hədə-qorxu gəldiklərinə görə, oğlumun məsuliyyətə cəlb olunmaması üçün anamı öldürdüyümü öz boynuma götürdüm”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Qərara əsasən, S.Əsgərovanın apellyasiya şikayəti təmin edilməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki