Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.50 $▼1.71%
  • WTI neft96.05 $▼1.06%
  • Avropa qazı (TTF)91.74 €▼1.83%
  • Təbii qaz (ABŞ)2.889 $▲0.17%
  • Qızıl3 940 $▲0.17%
  • Gümüş49.73 $▲0.27%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin77 626 $▲1.24%
  • Ethereum2 295 $▲2.01%
  • S&P 5007 576▲0.44%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

image-1680084336_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Busaat.az xəbər verir ki, o, 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib.

Ə.Cavadov 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, “Azərgeyimticarət” Bazasında əmtəəşünas işləyib. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıbr. 1998–2005-ci illərdə “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Mərhum, Yeni Azərbaycan Partiyasının və III çağırış Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin də üzvü olub.

Bundan başqa, IV çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin, Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.
Sabiq deputat ailəlidir, 1 övladı var.

Allah rəhmət eləsin!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105128