Azərbaycanda şok hadisə: “Meyit” dirildi, məni hara aparırsınız?“

image-kupca2820backend
image-ad_qayo_720x110px

Ürəy damar tıxanması bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olundu ğu xəstəxanaya aparılıb.

Busaat.az  Moderator.az-a xəbər verir ki, həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerə uzadıblar. Xəstəni təkrar müalicə edən həkimlər onun artıq həyatını dəyişdiyini bildiriblər. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu kimsənin ağılına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəb “meyit” dirilib və “məni hara aparırsınız” sualı verərək hamını şoka salıb.

Belə ki, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər – kardioloq və nevropatoloq onun vəziyyətinin sabit olduğunu bildiriblər.

Moderator.az-da dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verməni məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumat verəcəyik.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki