Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası ləğv edilib? – AÇIQLAMA

image-hicabbackend

Azərbaycanda xanım sürücü sürücülük vəsiqəsi üçün fotonu hicablı formada çəkdirib.

Busaat.az xəbər verir ki, bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Paylaşımın rəy bölməsində isə qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə məlumatlar qeyd edilib.

Sosial şəbəkələrdə yayılan məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a bildirib ki, yayılan görüntüdən məlumatlıdırlar:
“Bu barədə xidməti araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90