Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

image-1732864390_vezife-kreslojpg-1732864991backend
image-ad_qayo_720x110px

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

Busaat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

image-img_0927

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki