Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.25 $▼1.95%
  • WTI neft95.55 $▼1.58%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 958 $▲0.64%
  • Gümüş49.76 $▲0.32%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.75 ¢▼1.73%
  • Bitcoin76 863 $▼0.61%
  • Ethereum2 260 $▼0.50%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

"Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"

image-e1boin9efi6pckgj4mwi503o4xay0vfq9gerin8b_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib.

“2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb. 4 103 ton taxıl, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları – 6 100 ton benzin, 1 500 ton dizel yanacağı yoldadır”, – nazir yazıb.

O xatırladıb ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl gətirilib ki, bunun da 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1 210 ton Azərbaycan benzini də çatdırılıb.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar Ermənistanda benzin qiymətlərinin aşağı düşməsi gözlənilir: “Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (0,36 manat -red.) qədər azalması gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin azaldılması üzərində işləyirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178865