Azərbaycandan Həcc ziyarətinə gedən üçüncü zəvvar təyyarəsi sabah yola düşəcək

image-img_5354backend

Azərbaycandan Həcc ziyarətinə gedən üçüncü zəvvar təyyarəsi sabah, mayın 27-də yola düşəcək.

Busaat.az bu barədə APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: “Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki