Azərbaycanın qadın basketbol millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

image-basketbolbackend

Azərbaycanın qadın basketbol millisinin 2025-ci il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Busaat.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Mis şəhərində keçirilib.

Püşkün nəticələrinə əsasən, yığma C qrupunda Belçika, Litva və Polşa komandalarına rəqib olub. Qadınlarımız tarixində ilk dəfə iştirak edəcəkləri qitə birinciliyinin seçmə mərhələsində ilk oyununu noyabrın 9-da səfərdə Litvaya qarşı keçirəcəklər. Qrupda ikinci matç üç gün sonra Bakıda Belçikaya qarşı olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki