Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda görüşdə məğlub olub – YENİLƏNİB

image-gulesci-alyona-kolesnikbackend

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Busaat.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada amerikalı Cennifer Rocersə məğlub olub.

Rəqibi tam üstünlüklə qalib gəldiyindən, Kolesnik fəxri kürsüyə çıxa bilməyib.

13:50

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

Busaat.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada macar Tamara Dollakla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ABŞ təmsilçisi Cennifer Rocers olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki