Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 625 $▼3.81%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığı ölçüləcək

image-673c76177c757673c76177c7581732015639673c76177c755673c76177c756jpg-1732015907
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 

Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsü dəstəklənib.

Busaat.az Elm və Təhsil Nazirliyindən alınan məlumata əsasən xəbər verir.

Belə ki, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçirilən yüksək səviyyəli panel sessiyasında Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqında saziş imzalanıb.

Saziş elm və təhsil naziri Emin Əmrullayev və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer tərəfindən imzalanıb.

Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi və bu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq.

Qeyd edək ki, sözügedən saziş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticəsi olaraq qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

 

image-673c7617c15a1673c7617c15a21732015639673c7617c159e673c7617c15a0jpg-1732015855 image-673c761794fad673c761794fae1732015639673c761794faa673c761794fabjpg-1732015856 image-673c7617aaafa673c7617aaafb1732015639673c7617aaaf7673c7617aaaf8jpg-1732015855

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152635