Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, 3 gün ərzində keçirilən yarışda ümumilikdə 125 yeniyetmə badmintonçu iştirak edib.
Oğlanların şəxsi yarışında Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qızıl medal qazanıblar.
Oğlanlar arasında qoşa yarışda Malik Cəfərov – Nihat Əliyev, qızlarda isə Aysel Kazımova – Qəndab Niftalızadə cütlükləri fəxri kürsüyə yüksəliblər.
Qarışıq-qoşa yarışlarda Fərəc Kərimli – Aysel Kazımova cütlüyü qızıl medala sahib çıxıb.