Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Azərbaycanın uğurlu siyasəti

image-azer
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil.

Qədim zamanlardan başlayaraq bu günümüzə qədər həmişə millətimizin zəfərləri digər millətlər tərəfindən qısqanclıqla qarşılanıb hətta bəzi xalqlar kölgə salmağa çalışıblar. Bu əsrlər ərzində davam etmişdir . Tarixə nəzər salanda da görürük ki,qurduğumuz dövlətlərin uğurları başqa dövlətlər tərəfindən əlimizdən alinmağa, uğurlarımızı cüziləşdirməyə çalışıblar, amma buna heç vaxt nail ola bilməmişlər. Bu cür hadisələri əzmimzlə qurduğumuz müstəqil Azərbaycan respublikasının həyatında da gördük. İstər respublikamizin ilk dövrlərində istər indi ,bəlkə də gələcəkdə də bunları görəcəyik.

44 Günlük Vətən Müharibəsində bunun açıq dəlillərini gördük. Az ölkələr Türkiyə, Ukrayna, Pakistan , Gürcüstan dəstək verib ölkəmizin yanında olduqlarını söylədilər. Demək olar ki, əksər qərb ölkələri xüsusilə ilə də Fransa bizim şanslı qələbəmizin üstünə kölgə salmağa , dayandırmağa, erməni qəsbkarlarınin vəhşiliklərini örtməyə çalışırdılar. Fransa dövləti ermənilərə silah, sursat,hərbi avadanlıq göndərir, onlara dəsdək edirdi hətta erməniləri himayə edirdi . Fransa jurnalistinin Ali baş komanda verdiyi qərəzli, məkrli suallar verməklərində,Fransa dairələrinin Ermənilər üçün etdiyi yardımlarından açıq aydın görmək mümkündür. Əslində bu Vətən Mübarizəmizdə kimin əsl dost kimin düşmən olduğunu tam şəkildə görməyi bacardıq. Bütün bu məkrli niyyətlərinin olmağına baxmayaraq Azərbaycan xalqınin , əzmkar hərbiçilərimizin , birlik yaratmağı bacaran Ali baş komandan İlham Əliyevin sayəsində ən böyük uğura, illərlə arzuladığımiz o arzumuzu realaşdirdiq . Bu reallıq dünyanı dəyişdirməyi bacardı , bəzi ölkələrə əsl haqq sahibi kimin olduğunu , ən böyük güc sahibi olduğunu sübutlu şəkildə göstərdi , amma bəzi qərb ölkələri xüsusilə ilə də Fransa bu reallığı həzm etməyi hələ də bacarmır . Bunu əzmkar,qalib dövlətimizə olan qısqanclığı kimi qiymətləndirmək olar . İstər Fransa istər də digər ölkələr qəbul etməsə belə Azərbaycan dövlətinin qələbəsi haqq və bütün hüquq prinsiplərinə uyğun şəkildə həyata keçirilmişdir. Bundan sonra da bizim haqq işimizi bütün dünyaya göstərəcəyik istər qəbul etsinlər istərsə də yox . Bəzi qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa qəbul etsələr də , etməsələr də biz qalib ölkəyik və bundan sonra da öz siyasətimizlə davam edəcəyik .”Biz qalib xalqın qalib vətəndaşlariyiq!”

Azərbaycan Dillər Universiteti
Şəlalə Hüseynova

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130960