Azərbaycanla Britaniya arasında kibertəhlükəsizlik sahəsində razılıq əldə olundu

image-kib67backend

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə 2023-2027-ci illər üçün strategiyasının həyata keçirilməsini dəstəkləmək məqsədi ilə Birləşmiş Krallığın sənaye tərəfdaşları və dövlət qurumları, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kibertəhlükəsizlik Xidməti ilə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı razılıq əldə edilib.

Busaat.az bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.

Bundan başqa, mümkün ikili diploma əsasən beynəlxalq kiber təlim proqramları üzrə əməkdaşlıq imkanlarının müzakirəsi ilə bağlı da tərəflər arasında razılıq əldə edilib.

Tərəflər arasında kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə praktiki təlim kurslarının və digər tədbirlərin müzakirəsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90