Azərbaycanla Gürcüstan arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib

image-9backend
image-ad_qayo_720x110px

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Busaat.az xəbər verir ki, bu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana işgüzar səfəri çərçivəsində baş tutub.

Belə ki, səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub.

Eyni zamanda yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki