“Sabah” Futbol Akademiyasının 10 yaşlılardan ibarət komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq turnirinin qrup mərhələsini uğurla başa vurub.
Busaat.az xəbər verir ki, Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv qrupda Tacikistanın “Babilon” (2:1), Qırğızıstanın “Abdış-Ata” (9:1) və Qazaxıstanın “Elimay” (6:0) komandalarına qalib gəlib, yalnız Rusiya “Nefteximik”inə 1:2 hesabı ilə məğlub olub.
Beləliklə, “Sabah” qrup mərhələsini birinci sırada tamamlayaraq yarışın həlledici oyununa vəsiqə qazanıb.
Futbolçularımız sabah finalda Rusiyanın “Rubin” komandasından olan həmyaşıdları ilə üz-üzə gələcəklər.