Azərbaycanlı bəstəkarın musiqi müəllifi olduğu film Avropada nümayiş etdiriləcək – FOTOLAR

image-045649d9-758f-42c8-9eab-c0a3cff2bc97backend

Azərbaycanın gənc bəstəkarı Ruhin İsmayılovun daha bir uğuru qardaş Türkiyə və Avropadan eşidilib. Belə ki, gənc bəstəkar buna qədər bir neçə filmlərə, seriallara imza atmasıyla bərabər müstəqillik tarixində ən gənc bəstəkar kimi xarici bir filmə musiqi yazıb.

O, bü günə qədər “Avşarfilm” kimi məhşur film şikətilə işləyib, eləcə də TV8-də yayımlanan bir neçə proyektin musiqisinin müəllifidir.

Hazırda bəstəkar digər film və seriallar üzərində çalışdığını bildirib.

Bu dəfə isə bəstəkarımız bir cizgi filminə bəstələdiyi musiqisi ilə gündəmə gəlib. Sözügedən cizgi filmi Türkiyə, Azərbaycan və Avropada yayımlanacaq.

“Kırmızı başlıklı kız ve bizim kahramanlar” adlı ekran işi kinoteatrlarda yayımlanacaq. Filmin müəlliflik hüququ “Cinephone” şirkətinin baş prodüserləri Murat Çiçek və Enis Özkana aiddir.

Filmin rejissoru Erhan Yiğitdir. Film 17 fevral Türkiyədə, 23 fevraldan etibarən isə Azərbaycan və Avropa kinoteatrlarında yayımlanacaq.

Animasiya çalışmaları Slovakiyada yerləşən “GENESIS STUDIOS ANIMATION & VFX” şirkəti tərəfindən 15 aylıq müddətdə tamamlanan “Kırmızı başlıklı kız ve bizim kahramanlar” adlı animasiya filminin qısa hekayəsi belədir.

Xoşbəxt və dinc yaşadıqları meşədə gözəl bir günə başlayan Qırmızıpapağın meşəni örtən qara buludlar və qəfil başlayan fırtınanın səbəbi haqqında heç bir fikri yoxdur. Ağlına meşədə yaşayan Nəsrəddin Hoca gəlir və “bilsə bilsə Nəsrəddin Hoca bilər”, – deyərək dostları ilə yola düşürlər.

Havanın dəyişməsindən xəbərdar olan Nəsrəddin Hocanın qapıya gələn Qırmızıpapağa meşənin tarazlığını saxlayan Keloğlanın başına nəsə gələ biləcəyini deyir. Hamı birlikdə Keloğlanın evinə yollanırlar və Keloğlanı tapanda Sehirli Əsa və Sehrli Daşın Qurd tərəfindən oğurlandığını öyrənirlər. Meşənin əvvəlki dincliyini bərpa etməsi üçün onlar Sehrli Əsa və Daşı qurddan mümkün qədər tez geri almalıdırlar. Beləcə macəra dolu, əyləncəli səyahət başlayır.

image-2c6a44d6-1a8f-4e82-a507-98b204641f9b

image-2c07d70b-246c-4c7a-bba6-8a160cbc7f55image-9c57c554-6846-46ad-b5ec-258886134254image-04adc27f-de38-41ef-901f-99f7842c1af7image-c9012262-9e33-45a8-b430-d7a2965bd675image-82a2613a-40c7-4454-b7e4-053fe2be68eaimage-045649d9-758f-42c8-9eab-c0a3cff2bc97


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki